Atos PROVOX Vega Mode D'emploi page 73

Table des Matières

Publicité

Les langues disponibles
  • FR

Les langues disponibles

  • FRANÇAIS, page 14
4. Qeyri-qənaətbəxş hadisələr/
Çatışmazlıqlar əlamətlərinin
simptomlar üzrə aradan qaldırılması
Protez səslərinin reabilitasiyası riskləri və üstünlükləri barədə
sizə məlumat vermək və yanlış hadisələrlə qarşılaşdığınız halda nə
edəcəyinizi öyrətmək müalicə həkiminizin vəzifəsidir. Əgər bütün
təlimatları tamamilə başa düşdüyünüzə əmin deyilsinizsə, müalicə
həkiminizdən daha çox izahat istəyin.
Simptom: Protezin yerində olduğu müddətdə öskürək (içmə və ya
yeməklə səbəblənir).
Ən çox rast gələn səbəblər: Protezdə və ya onun ətrafında sızmalar.
Tədbirlər:
1. Protezi Provox Brush və/və ya Flush ilə təmizləyin. Klapanın
düzgün bağlanmasına qida qalıqları mane ola bilər.
Əgər sızma davam edərsə:
2. İçərkən protezi müşahidə edin. Sızmanın protezin mərkəzindən
və ya ətrafından olduğunu müəyyən etməyə çalışın.
a) Əgər siz sızmanın mərkəzdən olduğunu hesab edirsinizsə,
yemək və içmə zamanı Provox Vega Plug istifadə edə bilərsiniz.
Müalicə həkiminizə sizə yeni protez lazım olduğunu bildirin.
b) Əgər siz sızmanın ətrafdan olduğunu hesab edirsinizsə, və ya
əgər Tıxac (Plug) sızmanı dayandırmırsa. Müalicə həkiminizə
proteziniz ətrafında sızma ola biləcəyini bildirin.
Simptom: Danışmaq daha da çətinləşir.
Ən çox rast gələn səbəblər: Klapanın tutulması, boğazda toxuma
şişməsi (məsələn, radioterapiya zamanı).
Tədbirlər:
1. Protezi Provox Brush və/və ya Flush ilə təmizləyin. Hava axını
müqavimətini artıran qida qalıqları ola bilər.
2. Əgər bu kömək etmirsə: Dərhal müalicə həkiminizlə əlaqə
saxlayın.
Simptomlar: Protez və ya boyun dəliyi (stoma) nahiyəsində ağrı,
hərarət, şişkinlik və səpki (birlikdə və ya tək).
Ən çox rast gələn səbəblər: Toxuma iltihabı və infeksiyaları.
Tədbirlər: Dərhal müalicə həkiminizlə əlaqə saxlayın.
Simptomlar: Fırçalamadan sonra Fırçada qan izləri görünür.
Ən çox rast gələn səbəblər: Esofaqus tərəfdə toxuma iltihabı və
infeksiyaları.
Tədbirlər: Dərhal müalicə həkiminizlə əlaqə saxlayın.
5. Əlavə məlumat
5.1 MRT, rentgen və şüa terapiyası ilə
uyğunluq
Provox Vega səs protezi MRT, rentgen və şüa müayinəsi/terapiyası
seansı zamanı TE-dəlikdə qala bilər. Provox Vega səs protezi
Magnezium Rezonans Tomoqrafiyası ilə 3.0 Tesla-ya qədər, rentgen
və şüa terapiyası ilə 70 Gy-ə qədər uyğundur. Radio-qeyri-şəffaf
klapan oturacağının rentgendə göründüyünü unutmayın.
5.2 Cihazın işləmə dövrü
Fərdi bioloji şəraitdən asılı olaraq cihazın işləmə dövrü dəyişir və
cihazın bütövlüyünü daha uzun müddət ərzində proqnozlaşdırmaq
mümkün deyil. Cihazın materialına, məs. bakteriya və qabarcıq təsir
edəcək və cihazın struktur bütövlüyü nəhayət pisləşəcək.
73

Publicité

Table des Matières
loading

Produits Connexes pour Atos PROVOX Vega

Table des Matières