Atos PROVOX Vega Mode D'emploi page 72

Table des Matières

Publicité

Les langues disponibles
  • FR

Les langues disponibles

  • FRANÇAIS, page 14
Provox Vega səs protezinin təsadüfi udulması baş verə bilər. Əgər
bu baş verərsə, sizə daha dolğun məsləhət verəcək həkiminizlə
əlaqə saxlayın.
Cihazın təkrar istifadəsi və təkrar işlədilməsi onun çirklənməsi
və zədələnməsinə səbəb ola bilər, bu da xəstəyə zərər gətirə bilər.
2.5 EHTİYAT TƏDBİRLƏRİ
Aşağıdakı hallar baş verərsə müalicə
həkiminizlə məsləhətləşin:
• Protezdə və ya onun ətrafında sızma olması (öskürək; və/və ya
selik rənginin dəyişməsi)
• Danışmağın çətinləşməsi (daha yüksək səy və/və ya səs daha
gərgin səslənir)
• Dəlik nahiyəsində hər hansı iltihab və ya toxuma dəyişikliyi
əlamətlərinin olması (ağrı, hərarət, şişkinlik, fırçalamadan sonra
fırçada qan izləri).
İnfeksiya riskini azaltmaq üçün:
Əllərinizi traxeostomanızda istifadə etməzdən və səs protezinizi
və/və ya aksesuarlarınızı təmizləməzdən əvvəl əllərinizin hərtərəfli
təmiz və quru olduğundan əmin olun.
Traxeostomanıza və səs protezinizə daxil ola və ya onlarla əlaqədə
ola bilən bütün cihazları təmiz saxlayın.
Məhsulun zədələnməsi riskini azaltmaq
üçün:
Protezinizin emalı və təmizlənməsi üçün yalnız Provox Vega ilə istifadə
üçün nəzərdə tutulan orijinal Provox aksesuarlarından istifadə edin.
3. İstifadə üçün təlimatlar
3.1 Provox Vega-dan danışmaq üçün
istifadə edilməsi
Traxeostomanızı bağladığınız zaman, siz havanı ağ ciyərinizdən
protez vasitəsilə qida borusuna yönəldə bilərsiniz (şək. 2).
Bu hava axını esofaqusunuzdakı toxumaların vibrasiyasına səbəb
olur, bu da danışıq səsinizi yaradır. Siz Provox HME kimi İstilik
və Nəmlik Mübadiləedicisi vasitəsilə, Provox FreeHands HME
kimi səs ucaldıcı danışıq qurğusundan istifadə edərək və ya sadəcə
barmağınızla boyun dəliyinizi (stomanı) bağlayaraq danışa bilərsiniz.
HME ağciyər funksiyasını inkişaf etdirə bilər və boyun dəliyi
(stoma) tıxanmasını və danışmağı asanlaşdırır. Səs ucaldıcı qurğu
barmaq ilə traxeostomanı bağlamağa ehtiyac olmadan danışmağa
imkan verir.
3.2 Provox Vega-nın təmizlənməsi
Səs protezinizlə danışmaq üçün, protezin təmiz olması lazımdır ki,
hava ondan keçə bilsin. Protezin müntəzəm təmizlənməsi həmçinin
cihazın ömrünü uzatmağa kömək edir.
• Protezin Provox Brush ilə gündə iki dəfə fırçalanması sayəsində
selik və qida qalıqları protezdən kənar edilir.
• Protezin Provox Flush ilə yuyulması protezdən zibil və seliyi
təmizləməyə kömək edir, bu da cihazın ömrünün artmasına səbəb
olur.
Qeyd: Provox Flush yalnız müalicə həkiminin nəzarəti olmadan
istifadəyə dair təlimatlara ardıcıl surətdə əməl edə bilmək üzrə
qiymətləndirilmiş xəstələr tərəfindən istifadə üçün nəzərdə
tutulmuşdur.
• Laktobakteriya ehtiva edən qatıq və ya ayranın gündəlik qəbul
edilməsi kimi bəzi pəhriz tədbirləri, həddindən artıq Kandida
artımına qarşı faydalı hesab edilir.
DİQQƏT: Protezinizi təmizləyərkən yalnız Provox Vega ilə istifadə
üçün nəzərdə tutulan orijinal Provox aksesuarları istifadə edin.
Digər qurğular fərdi xəsarətə və ya səs protezinin zədələnməsinə
səbəb ola bilər.
3.3 Aksesuarlar
Provox Brush/Provox Brush XL xəstə tərəfindən protezin içini
təmizləmək üçün istifadə edilir (Şək. 3).
Provox Flush protezin yuyulmasına imkan verən əlavə təmizləyici
qurğudur (Şək. 4).
Provox Vega Plug protezdə sızmanı müvəqqəti olaraq dayandıran
və xəstənin istifadəsi üçün ilk yardım vasitəsidir (Şək. 5).
3.4 Əlavə qurğular
Provox HME: İstilik və Nəmlik Mübadiləedicisi burun funksiyalarını
qismən bərpa edir (istilik, nəmləndirici, tənəffüs müqaviməti).
Provox FreeHands HME: İstilik və Nəmlik Mübadiləedicisi səs
ucaldıcı ilə danışmağı təmin etmək üçün nəzərdə tutulmuş avtomatik
traxeostoma klapanı ilə birlikdə edilmişdir.
Provox LaryTube: Silikon traxeal iynə Provox Sisteminin digər
bərpa cihazlarını saxlamaqla, boyun dəliyinin (stomanı) kiçilməsini
dəstəkləmək üçün nəzərdə tutulmuşdur.
Provox LaryButton: Yumşaq, özünü saxlayan silikon traxeal iynə
Provox Sisteminin digər reabilitasiya cihazlarını saxlamaqla, boyun
dəliyinin (stomanı) kiçilməsini dəstəkləmək üçün nəzərdə tutulmuşdur.
72

Publicité

Table des Matières
loading

Produits Connexes pour Atos PROVOX Vega

Table des Matières