Azərbaycan Di̇li̇ - Atos PROVOX Vega Mode D'emploi

Table des Matières

Publicité

Les langues disponibles
  • FR

Les langues disponibles

  • FRANÇAIS, page 14
AZƏRBAYCAN DİLİ
Boyun dəlikli (Stomal) tənəffüs yolunun
idarə olunması
Təcili yardım vəziyyətləri
Təcili yardım heyətinin sizin boyun nəfəsliklə tənəffüs edən
olduğunuzu bilmələri vacibdir. Bu, onlara oksigen və xilasetmə
tənəffüsünün ağzınız və ya burnunuza deyil, boyun dəliyinizə
(stomanıza) verilməsinin lazım olduğunu təyin etməyə kömək edəcək.
Si z ə və mü a l ic ə hək i m i n i z ə x i la se t mə t ə nəf f ü s ü nə
d ai r qayd ala r ı bu r a d a n y ü k ləməy i n i z i t övsiyə e d i r i k:
www.atosmedical.com/rescuebreathing
Seçmə vəziyyətlər
Əgər intubasiya tələb edən prosedurdan keçməyinizə ehtiyac olarsa
(nəfəs borunuza tənəffüs borusunun qoyulması), anestezioloq və
proseduru yerinə yetirən həkimin sizin boyun nəfəsliklə tənəffüs
edən olduğunuzu və səs protezindən istifadə etdiyinizi bilmələri
çox vacibdir. Onların səs protezinin yerində qalması lazım olduğunu
anlamaqları vacibdir. Əgər o kənar edilərsə, ağzınız, qida borunuz
və ya mədənizdən gələn mayelər nəfəs borunuza axa bilər.
Səs protezinin düşməməsi və ya çıxmaması üçün intubasiya
borusunun ehtiyatla daxil edilməsi və kənar edilməsi çox vacibdir.
1. Lüğət
Müalicə həkimi
HME
PE-Seqment
Silikon
TE-dəlik
Traxeostoma
Səs protezi
2. Təsviredici məlumat
2.1 İstifadəyə dair göstərişlər
Provox Vega Səs Protezi — udlağın cərrahi yolla kənar edilməsindən
(larinqektomiya) sonra səsin bərpası üçün nəzərdə tutulmuş steril
birdəfəlik istifadə üçün nəzərdə tutulmuş səs protezidir. Səs
protezinin təmizlənməsi yerində qaldığı müddətdə xəstə tərəfindən
həyata keçirilir.
2.2 Cihazın təsviri
Provox Vega — TE-dəliyi nitq üçün açıq saxlayan birtərəfli klapanı
olan birdəfəlik istifadə üçün nəzərdə tutulmuş tibbi cihazdır, həmçinin
maye və qidanın traxeyaya daxil olma riskini azaldır. O, tibbi markalı
silikondan və floroplastikdən hazırlanır.
İllüstrasiya üçün şək. 1-ə bax.
a) Protez örtüyü
b) Protez oxu
c) Traxeal flans
d) Radio-qeyri-şəffaf fluoroplastik klapan oturacağı
e) Esofaqial flans
f) Klapan qoruyucusu
Provox Vega paketi
Provox Vega paketi aşağıdakı istifadəçi aksesuarlarını ehtiva edir:
• 1 Provox Brush səs protezinə uyğun olan ölçüdə, qeyri-steril
• 1 Provox Brush İstifadə qaydaları
• 1 Provox Vega Xəstənin təlimatı
2.3 ƏKS GÖSTƏRİŞLƏR
Prostetik səs reabilitasiyasından artıq istifadə edən xəstələr arasında
Provox Vega səs protezinin istifadəsi və ya dəyişdirilməsi üçün heç
bir bəlli əks göstərişlər yoxdur.
2.4 XƏBƏRDARLIQLAR
Təsadüfi aspirasiya (nəfəs borusuna daxiloma) Provox Vega səs protezi
və ya Provox səs reabilitasiya sisteminin digər komponentlərində baş
verə bilər. Bilavasitə simptomlara qusma, öskürək, boğulma və ya
xırıldama aid ola bilər. Əgər bu baş verərsə, dərhal tibbi müalicə
üçün müraciət edin. Tənəffüs yolunuzda kənar cismin olması kəskin
tənəffüs çətinliyi və/və ya tənəffüs tutması kimi ağır fəsadlara səbəb
ola bilər və müalicə həkimi tərəfindən aradan qaldırılmalıdır.
Tibbi peşəkar və ya lisenziyalı nitq və
dil terapevti/patoloqu və ya səsin bərpası
prosedurları
üzrə
mütəxəssis tibb bacısı.
İstilik və Nəmlik Mübadiləedicisi (HME)
(Süni burun). Tənəffüs zamanı kənar edilən
havadan traxeostoma vasitəsilə tənəffüs
edərkən itirilən istilik və nəmliyi saxlayan
cihaz.
Farinqo-esofaqial seqment. Esofaqusun (qida
borusu) səs protezindən istifadə edərkən səsin
toxumanın vibrasiyasından yarandığı hissəsi.
Tibbi cihazlarda tez-tez istifadə olunan
material.
Traxeya (nəfəs boru) və esofaqus (qida
borusu) arasında yaradılmış kiçik süni dəlik.
Boynun önündəki tənəffüs dəliyi, nəfəs
borusunun dəri (həmçinin "stoma" adlanır) ilə
birləşdiyi yerdə.
TE-dəliyə yerləşdirilmiş saxlayıcı flansları
olan birtərəfli klapan — havanı esofaqusa
(qida borusuna) yönəltməklə nitqə imkan
yaradır, eyni zamanda qida və mayelərin
traxeyaya (nəfəs borusuna) daxil olma riskini
azaldır.
təlim
keçmiş
klinik
71

Publicité

Table des Matières
loading

Produits Connexes pour Atos PROVOX Vega

Table des Matières