Télécharger Imprimer la page

Stihl EVC 200 Notice D'emploi page 284

Masquer les pouces Voir aussi pour EVC 200:

Publicité

Les langues disponibles
  • FR

Les langues disponibles

  • FRANÇAIS, page 21
Azərbaycan dili
Şəxslər üçün yanma təhlükəsi mövcuddur.
► Təmizləmədən əvvəl, motor soyuyana qədər dözün.
■ İstifadəçi eşitmə qoruyucusu taxırsa və motor işləyirsə,
istifadəçi səsləri məhdudlaşmış səviyyədə eşidib
qiymətləndirə bilər.
► Yavaş-yavaş və ehtiyatla işləyin.
■ Motor yüksək sürətlə söndürülürsə, əksyanmalar və ya
gecikmiş yanma baş verə bilər.
► Dayandırmadan öncə motorun 20 saniyə minimal
fırlanma sürətilə fırlanmasına şərait yaradın.
5 Motoru işlətməyə hazır etmək
5.1
Motoru yanacaqla doldurmaq
Daxili yandırma motoru qurğuşunsuz benzinlə işləyir.
Qurğuşunsuz benzin az qalıqlarla yanır, alışdırma şamında
çöküntüləri azaldır və qaz avadanlığının istifadə müddətini
uzadır. Benzin aşağıdakı tələbləri yerinə yetirməlidir:
– Benzin təzə, təmiz və qurğuşunsuzdur.
– Benzinin oktan sayı əz azı 85-dir.
– Benzindəki etan miqdarı ən çox 10 % (E10)
səviyyəsindədir.
STIHL, STIHL MotoPlusu tövsiyə edir. Bu yanacaq benzol,
kükürd və sağlamlığa ziyan vuran ətirlərdən azaddır.
Tankın tutumu 0,9 litrdir.
Diqqət
■ Əgər motor uyğun benzinlə doldurulmazsa, motor
zədələnə bilər.
STIHL hər zaman təzə markalı benzindən istifadə etməyi
məsləhət görür, heç bir vaxt iki taktlı qarışıqdan (yağ tərkibli
benzin) istifadə etməyin.
282
Heç bir köhnəlmiş və ya çirkli benzinlə çəni doldurmayın.
Çənin içindəkilərin çirk və su ilə çirklənməsinin qarşısını
alın.
Yalnız verilmiş benzindən istifadə edin (E85 yox).
Vurma və cingilti səsləri zamanı benzin markasını dəyişin.
► Lazım olarsa, distribyutorlara müraciət edin. STIHL,
STIHL distribyutorlarını məsləhət görür.
► Motoru söndürün.
► STIHL cihazını hamar səthin üzərinə qoyun.
► Yanacaq tankı qapağının ətrafını nəm dəsmalla
təmizləyin.
► Yanacaq çəninin qapağını (1) saat yönünün tərsinə
yanacaq çəninin qapağı çıxana qədər fırladın.
► Yanacaq çəni qapağını çıxarın.
► Yanacaq süzgəcinin yerini yoxlayın.
► Benzini uyğun bir qıfla elə doldurun ki benzin yerə
tökülməsin. Benzini el doldurun ki benzinlə yanacaq
çəninin ağzının kənarı arasında ən azı 15 mm fasilə olsun.
► Yanacaq çəni qapağını yanacaq çəninin üzrinə qoyun.
► Yanacaq çəni qapağını saat yönündə fırladın və əl ilə
bərkidin.
Yanacaq çəni bağlanmışdır.
5.2
Motor yağını doldurmaq
Motor yağı, motoru yağlayır və soyudur.
5 Motoru işlətməyə hazır etmək
0478-983-9912-A

Publicité

loading