3. Cihazın təsviri
1 Sükanın yuxarı hissəsi
2 Sükanın aşağı hissəsi (RME 339)
3 Konsol (RME 339 C)
4 Korpus
5 Motor qapağı
6 Arxa çarx
7 Ön çarx
8 Ot yığma səbəti
9 Yuxarı daşıma tutacağı
10 Aşağı daşıma tutacağı
11 Tullama qapağı
12 Fırlanma tutacağı (RME 339)
13 Tutacaq sükanı (RME 339 C)
14 Motorun dayandırılması üzrə qol
15 Hündürlüyün tənzimlənməsi qolu
16 Kəmərin yükünün azaldılması
17 Şəbəkə birləşməsi
18 İşə salma düyməsi
19 Cihaz nömrəsi ilə təyinat lövhəsi
20 Dolma vəziyyətinin göstəricisi (ot
yığma səbəti)
4. Sizin təhlükəsizliyiniz
üçün
4.1 Ümumi
Cihazda iş zamanı qəza
hallarına dair göstərişlərə
mütləq əməl etmək lazımdır.
0478 121 9919 A - AZ
Birinci dəfə işə salmamışdan
əvvəl bütün təlimat kitabçası
diqqətlə oxunmalıdır. Təlimat
kitabçasını növbəti istifadələr
üçün qoruyub saxlayın.
1
Bu təhlükəsizlik tədbirləri sizin
təhlükəsizliyiniz üçün nəzərdə tutulub,
lakin tədbirlər bununla bitmir. Bu cihazı
ağıl və məsuliyyətlə istifadə edin və hər
zaman yadda saxlayın ki, digər şəxslərin
yaralnmasına və əmlaka dəyən ziyana
görə istifadəçi məsuliyyət daşıyır.
Cihazın idarəetmə paneli və istifadəsi ilə
tanış olun.
Bu cihaz yalnız istifadə təlimatı kitabçasını
oxumuş və cihazın istifadəsindən anlayışı
olan şəxslər tərəfindən istifadə oluna bilər.
İlkin istifadədən öncə istifadəçi peşəkar və
praktik təlimat ilə tanış olmalıdır. İstifadəçi
satıcı və ya digər bir ixtisaslı mütəxəssis
tərəfindən cihazın təhlükəsiz istifadəsinə
dair məlumatlandırılmalıdır.
Xüsusilə, bu təlimat istifadəçini cihazla
işləyərkən maksimum diqqətli və
konsentrə olmaq barəsində xəbərdar
etməlidir.
Əgər siz bu cihazı diqqətli şəkildə idarə
etsəniz belə, həmişə digər risk faktorları
mövcud olacaqdır.
Boğulma nəticəsində həyati
təhlükə!
Qablaşdırma materialı ilə
oynayarkən uşaqlar üçün boğulma
təhlükəsi mövcuddur. Qablaşdırma
materialını mütləq uşaqlardan
kənar tutun.
Bu cihaz o cümlədən onun hissələrini
yalnız bu model və onun istifadəsindən
anlayışı olan insanlara vermək olar.
Təlimat kitabçası bu cihazın bir hissəsidir
və həmişə birgə təqdim olunmalıdır.
Fiziki, ruhi və əqli məhdudiyyətlərə malik
və ya kifayət qədər təcrübəyə və ya biliyə
malik olmayan və istifadəsini bacarmayan
şəxslər cihazı istifadə edə bilməzlər.
Uşaqlar və 16 yaşından kiçik gənclərə
cihazdan istifadəyə icazə verməyin. Yerli
qaydalar istifadəçinin minimal yaşını
müəyyən edə bilərlər.
Cihazdan ehtiyatla və fiziki və mənəvi
cəhətdən sağlam olduqda istifadə edin.
Sağlamlığınız normal şəraitdə olmadıqda,
cihazdan istifadə ilə bağlı həkiminizlə
məsləhətləşin. Spirtli içki, dərman
vasitələri və ya reaksiyaya təsir göstərən
dərman qəbulundan sonra cihazdan
işləmək olmaz.
Cihaz yalnız şəxsi istifadə üçün nəzərdə
tutulub.
Diqqət – Qəza təhlükəsi!
Cihaz ancaq otu biçmək üçün nəzərdə
tutulub. Digər şəkildə istifadəyə icazə
verilmir və bu təhlükəli ola bilər və ya
cihazın xarab olmasına gətirib çıxara bilər.
İsitfadəçinin bədən hissələrinin
zədələnməsi təhlükəsinə görə cihaz
aşağıdakı işlər üçün istifadə oluna bilməz
(siyahı tam deyil):
– kolların burulması, doğranması və
biçilməsi üçün,
– kənar hissələrin kəsilməsi üçün,
– damlarda və eyvanlarda kolların
biçilməsi üçün,
– ağac və çöplərin kəsilməsi və
doğranması üçün,
– gediş yollarının təmizlənməsi üçün
(sovurma və üfürmə),
– torpaq hissəsinin hamarlanması üçün
məs. təpəciklərin.
467