32
Azərbaycanca
Saxlanma
Çəndə ucluğun saxlanması
Cordless Power Flosser simsiz elektrik flosser tutacağının
altından asılmış bir ucluğu çəndə saxlaya biləcəyiniz
şəkildə hazırlanmışdır. Bu funksiyadan istifadə etmək
üçün:
1 Çıxarmaq üçün çəni çevirin.
2 Tutacağın arxa hissəsindəki ucluğu işə salma
düyməsini basaraq ucluğu tutacaqdan çıxarın.
3 Ucluğun alt hissəsini Power Flosser daxil edin.
4 Yenidən bağlamaq üçün çəni çevirin.
Qeyd: Bu funksiyadan istifadə etməzdən əvvəl çənin daxili
hissəsini və ucluğu qurutduğunuzdan əmin olun.
Qeyd: Qurutmağı asanlaşdırmaq üçün çənin yan
doldurma yuvasının qapısını açıq saxlayın və ya istifadə
müddəti arasında Cordless Power Flosser sökülmüş
vəziyyətdə saxlayın.
Qeyd: Məhsulu uzun müddət istifadə etməyəcəksinizsə,
onu elektrik rozetkasından çıxarın, təmizləyin və birbaşa
günəş işığının düşmədiyi sərin və quru yerdə saxlayın.