3 Xülasə
3
Xülasə
3.1
Motor
1 Yağ ölçmə çubuğu
Yağ ölçmə çubuğu motor yağının miqdarını
ölçür.
2 Hava süzgəci
Hava süzgəci motor tərəfindən çəkilən havanı
süzər.
3 Alışdırma şamı ştepseli
Alışdırma şamı ştepseli yandırma kabelini
alışdırma şamı ilə birləşdirir.
4 Yağ borusu
Yağ borusu motor yağını boşaltmaq üçün
işlənən dəliyi bağlayır.
3.2
Simvollar
Simvollar motor üzərində ola bilər və aşağıdakı
anlamları daşıyırlar:
İstifadə təlimatını oxuyun, anlayın və
saxlayın.
4
Təhlükəsizlik təlimatı
4.1
Xəbərdarlıq simvolları
Motor yaxud STIHL cihazı üzərindəki xəbərdarlıq
simvolları aşağıdakı anlamları daşıyır:
0478-983-9914-B
Təhlükəsizlik təlimatı və onların
tədbirlərinə diqqət edin.
İstifadə təlimatını oxuyun, anlayın və
saxlayın.
İsti səthlərə əl vurmayın.
Motor işləyərkən və ya qızmış halda
olarkən çəni doldurmayın.
Qaz qalıqlarından nəfəs almaqdan
çəkinin.
Fitinq çox qızır. Toxunmayın.
4.2
Yanacaq və yanacaq
doldurmaq
Xəbərdarlıq
■ Bu motor üçün istifadə olunan yanacaq
benzindir. Benzin tez alışan maddədir. Əgər
benzin açıq alov və ya isti əşyalarla təmasa
keçərsə, benzin yanğınlar və ya partlayışlara
səbəb ola bilər. Şəxslər ciddi və ya ölümcül
xəsarət ala və mülkiyyətə ziyan dəyə bilər.
Benzini istilik və yanğından qoruyun.
► Benzini tökməyin.
► Əgər benzin tökülürsə: Benzini bir dəsmalla
silin və motoru yalnız cihazın bütün
parçaları quruyandan sonra işə salın.
► Siqaret çəkməyin.
► Atəş yaxınlığında benzin doldurmayın.
► Çəni doldurmamışdan əvvəl motoru
dayandırın və soyudun.
► Yanacaq çəninin boşaldılması gərəkirsə:
Açıq havada həyata keçirin.
► Motoru yanacaq doldurma yerindən ən azı
3 m fasilə ilə yandırın.
► Heç bir vaxt binanın daxilində içində benzin
olan motoru saxlamayın.
■ Benzin buxarı ilə nəfəs almaq insanları
zəhərlədə bilər.
Benzin buxarı nəfəs almayın.
Azərbaycan dili
191