Saeco GranAroma DELUXE SM6680/00 Mode D'emploi page 32

Table des Matières

Publicité

Les langues disponibles
  • FR

Les langues disponibles

  • FRANÇAIS, page 170
32
Azərbaycanca
-
Əgər filtrin statusu 0% olarsa, maşını hər dəfə işə saldıqda maşın sizdən AquaClean filtrini
dəyişdirməyinizi tələb edir.
AquaClean su filtrinin aktivləşdirilməsi (5 dəq.)
Maşın filtrin su çəninə yerləşdirildiyini avtomatik aşkar edə bilmir. Ona görə də "Status" menyusunda
quraşdırdığınız hər yeni AquaClean su filtrini aktivləşdirməlisiniz.
Maşın filtri aktivləşdirmə mesajını göstərməyi dayandırdıqda da AquaClean su filtrini aktivləşdirə
bilərsiniz, lakin ilk olaraq maşının ərpini təmizləməli olacaqsınız.
AquaClean su filtrindən istifadəyə başlamazdan əvvəl maşınınız ərpdən tamamilə təmizlənməlidir.
AquaClean su filtrini aktivləşdirməzdən əvvəl onu aşağıda göstərildiyi kimi suya batırmaqla hazırlamalısınız.
Bunu etməsəniz, maşına suyun əvəzinə hava dola bilər, bu isə çoxlu səs-küyə səbəb olur və maşının qəhvəni
dəmləməsinə mane olur.
1 "Status" nişanına toxunun və "AquaClean" seçmək üçün soldan sağa sürüşdürün.
2 Aktivləşdirmə ekranı göründükdə, təsdiqləmə
edin.
AquaClean su filtrinin dəyişdirilməsi (5 dəq.)
Filtrdən 95 litr su axdıqdan sonra filtr fəaliyyətini dayandıracaq. AquaClean status göstəricisi filtri
dəyişdirməyi xatırlatmaq üçün 0%-ə enir. AquaClean su filtrini vaxtında dəyişdirməsəniz, yenə də filtri əvəz
edə bilərsiniz, lakin əvvəlcə maşının ərpini təmizləməlisiniz.
AquaClean statusunun indikatoru 0%-ə düşdükdə və ya maşın sizə AquaClean filtrini dəyişdirməyi
xatırlatdıqda:
1 köhnə AquaClean su filtrini çıxarın.
2 yeni filtri quraşdırın və onu "AquaClean su filtrinin aktivləşdirilməsi (5 dəq.)" fəslində göstərildiyi kimi
aktivləşdirin.
Maşın dəyişdirmənin tələb edildiyi hələ göstərilməsə də, AquaClean su filtrini ən azı hər 3 aydan bir
dəyişdirin.
Dəmləmə dəstinin çıxarılması və taxılması
Ekranda "Status" menyusuna keçin və "Dəmləmə dəstinin təmizlənməsi" seçin və ya dəmləmə dəstini
çıxarmaq, daxil etmək və təmizləməklə bağlı hərtərəfli video təlimatları üçün www.saeco.com/care
səhifəsinə daxil olun.
Dəmləmə dəstinin maşından çıxarılması
1 Su çənini çıxarın və xidmət qapağını açın (Şək. 13).
2 PUSH tutacağının (Şək. 14) düyməsini basın və onu maşından çıxarmaq üçün dəmləmə dəstinin
tutacağından çəkin (Şək. 15).
Dəmləmə dəstini maşından çıxaran zaman damcılama qabını və qəhvə xıltı qabını da boşaltdığınızdan
əmin olun.
Dəmləmə dəstinin təkrar yerləşdirilməsi
Dəmləmə dəstini yenidən maşına sürüşdürməzdən əvvəl onun düzgün mövqedə olduğundan əmin olun.
1 Dəmləmə dəstinin düzgün mövqedə olub-olmadığını yoxlayın. Dəmləmə dəstinin yan tərəfindəki sarı
silindrdəki ox qara ox və N (Şək. 16)bir xətdə saxlanılmalıdır.
nişanına yenidən toxunun. Ekrandakı təlimatlara əməl

Publicité

Table des Matières
loading

Table des Matières