GP E411 Manuel D'instructions page 3

Masquer les pouces Voir aussi pour E411:
Table des Matières

Publicité

Les langues disponibles
  • FR

Les langues disponibles

  • FRANÇAIS, page 11
İstifadədən əvvəl təlimatlar kitabını başdan ayağa oxuyun.
Kitabçanı gələcək istifadə üçün saxlayın.
1. İki və ya dörd ədəd NiMH batareyasını elektrik qütblərinə uyğun olaraq batareya doldurucusuna daxil edin. (Şək. 1).
2. Kabelin mikro USB ucunu batareya doldurucusunun mikro USB portuna birləşdirin (Şək. 2a).
3. USB kabelinin digər ucunu şəbəkə doldurucusuna (Şək. 2b) və ya kompüterdə, enerji bankında yaxud
avtomobil üçün doldurucu cihazda oxşar USB portuna birləşdirin.
4. Doldurma başlayacaq və LED indikatoru batareyanın vəziyyətini göstərəcəkdir (Şəkil 3) .Diod indikatoru
batareya doldurulduqda yanıb-sönən yaşıl rəng göstərəcəkdir. Pis və ya birincil batareya üçün, şarj
edərkən sürətlə yanan yaşıl rəng LED göstəricisində göstəriləcəkdir.
5. Batareya tam dolduqdan sonra (Daimi Yaşıl LED) batareyanı çıxarın və batareya doldurucusunu enerji
şəbəkəsindən ayırın.
* Doldurulma vaxtı batareyanın tutumundan asılı olaraq dəyişir.
Əla məhsuldarlıq və optimal təhlükəsizlik üçün GP NiMH batareyalarını həmişə
GP ReCyko doldurucu cihazı ilə doldurun.
Xüsusiyyətlər
• 4 doldurulma yeri və 2 LED indikatoru
• USB enerji girişi (5V/1A)
Təxmini doldurma müddəti (AA, 2100mAh / AAA, 850mAh): 8/3 saat
İstifadə məsləhətləri
• Doldurulma zamanı batareyaların isinməsi normalıdır və tam dolduqdan sonra onlar tədricən otaq
temperaturuna qədər soyuyacaq.
• Əgər cihazdan uzun müdət istifadə edilməyəcəksə, batareyaları elektrik cihazından çıxarın.
• Batareyaların saxlanma temperaturu: -20 ~ 60°C
• Doldurucu cihazın istismar temperaturu: 0 ~ 33°C
Təhlükəsizlik məlumatları
• Bu doldurucu cihaz yalnız NiMH batareyalarının doldurulması üçün hazırlanmışdır. Başqa batareyaların
doldurulması partlayışıa, batareyanın deşilməsinə və ya sızmasına, fiziki xəsarətə və ya əmlakın
zədələnməsinə səbəb ola bilər.
• Bu doldurucu cihaz yalnız qapalı məkanda istifadə edilmək üçün hazırlanmışdır. Doldurucu cihazı yağış,
qar və ya birbaşa günəş işığının təsirlərinə məruz qoymayn.
• Doldurucu cihazdan 0–33 °C temperatur diapazonunda istifadə edildiyinə əmin olun.
• Xəsarət riskini azaltmaq üçün GP NiMH batareyalarından istifadə edilməsi tövsiyə edilir.
• Təkrar doldurulmayan LiFePO4, NiCD və ya Li-ion batareyalarından istifadə etməyin.
• Doldurucu cihazdan rütubətli şəraitdə istifadə etməyin.
• Ştekeri zədələnmiş doldurucudan istifadə etməyin.
• Yerə düşmüş və ya zədələnmiş doldurucudan istifadə etməyin.
• Doldurucu cihazı açmayın/sökməyin.
• Bu doldurucu cihaz texniki qulluq tələb etmir, lakin müntəzəm olaraq quru və yumşaq parça ilə
silinməlidir. Abraziv materialdan və ya həlledicilərdən istifadə etməyin. Təmizləməzdən əvvəl doldurucu
cihazı birləşdirildiyi yerdən ayırın.
• Cihazdan təhlükəsiz istifadəyə dair müvafiq nəzarət və təlimatlandırma həyata keçirildiyi və aidiyyatı
təhlükələr dərk edildiyi halda bu cihaz 8 yaşlı və daha böyük uşaqlar, habelə məhud fiziki, hissiyyat və ya
əqli qabiliyyətə malik yaxud müvafiq təcrübəsi və ya biliyi olmayan şəxslər tərəfindən istifadə edilə bilər.
• Uşaqlar cihazla oynamamalıdır
• Nəzarət olmadan təmizləmə və ya texniki qulluq uşaqlar tərəfindən yerinə yetirilə bilməz
Bu cihaz FCC Qaydalarının 15-ci Hissəsinin tələblərinə uyğundur. İstismar üçün aşağıdakı iki şərt gözlənilməlidir: (1) bu cihaz zərərli maneələrə
səbəb ola bilməz və 2) bu cihaz daxil olmuş hər hansı maneəni, o cümlədən arzuedilməz istismara səbəb ola bilən maneələri qəbul etməlidir.
Elektrik cihazlarını çeşidlənməmiş məişət tullantısı kimi atmayın, ayrıca toplama nöqtələrindən istifadə edin. Mövcud toplama sistemləri
ilə bağlı məlumat üçün yerli hökümət orqanları ilə əlaqə saxlayın. Əgər elektrik cihazları zibilxanalara və ya tullantı poliqonlarına atılarsa,
təhlükəli maddələr qrunt sularına sıza bilər və ərzaq zəncirinə daxil olaraq, sağlamlığınızı və rəfahınızı zədələyə bilər.
• Avtomatik kəsilmə - Mənfi delta V və Təhlükəsizlik taymeri
• Fasiləsiz doldurma rejimi
AZ

Publicité

Table des Matières
loading

Produits Connexes pour GP E411

Table des Matières