AZ
ÜMUMİ TƏHLÜKƏSİZLİK
• Təmizləmə və texniki xidmət işlərini aparmazdan əvvəl ştepseli
rozetkadan və ya elektrik avtomatı ayırmaq yolu ilə çətiri elektrik
mənbədən ayırın.
• Bütün quraşdırma və texniki xidmət işlərində əlçəklərdən istifadə edin.
• Bu cihaz 8 yaşdan yuxarı uşaqlar, məhdud fiziki, sensor və mental
qabiliyyətli insanlar, təcrübəsi və biliyi olmayan insanlar tərəfindən o
halda istifadə oluna bilər ki, onlara nəzarət edilsin, onlara cihazın
təhlükəsiz istifadəsinə görə təlimatlar verilsin və onlar bununla bağlı
təhlükələri dərk etsinlər.
• Bu cihazın idarəetmə dəstəkləri və cihaz ın özü ilə uşaqlar üçün
oynamaq yolverilməzdir.
• Təmizləmə və texniki xidmət işlərinin nəzarəti olmayan uşaqlar
tərəfindən aparılması qadağandır.
• Mətbəx çətiri digət qaz cihazları ilə və ya digər yanacaq cihazları ilə
istifadə edildikdə, cihazın yerləşdiyi otaqlar kifayət dərəcədə ventilyasiya
olunmalıdır.
• Çətir vaxtaşırı xaricdən və daxildən təmizlənməlidir (ƏN AZI AYDA BİR
DƏFƏ).
• Bu işlər texniki xidmət təlimatlarına uyğun aparılmalıdır. Çətirin və
filtrlərin təmizlənməsi ilə bağlı təlimatlara riayət olunmaması yanğın
təhlükəsi ilə nəticələnə bilər.
• Çətirin altında spirtli maddələrdən istifadə etməyin.
• Bişirmə zamanı filtrləri dəyişməyin.
• Lampanı dəyişdikdə yalnız bu təlimat kitabçasının "Lampaların texniki
xidməti/dəyişilməsi" bölməsində göstərilən lamp tipindən istifadə edin.
Açıq alovdan istifadə etmək filtrlərə ziyandır, yanğın təhlükəsinə gətirib
çıxara bilər, və bu səbəbdən bütün hallarda yolverilməzdir.
Bütün bozartma və qızartma işlərini səliqə ilə aparın, əmin olun ki yağ
həddən artıq qızmayıb və alovlanmır.
DİQQƏT: Çətirin əlçatan hissələri bişirmə cihazları ilə istifadə olduğu
zaman isti ola bilər.
• Quraşdırma işləri başa çatmayana qədər cihazı bilavasitə şəbəkəyə
qoşmayın.
• Tüstünün xaric olunması üçün tətbiq olunan texniki və təhlükəsizlik
tədbirlərinə gəlincə, yerli səlahiyyətli orqanlarının normalarına riayət
etmək vacibdir.
• Hava, qaz və digər yanacaqlardan ayrılan tüstü üçün hazırlanan tüstü
borusundan keçməməlidir.
XƏBƏRDARLIQ! Vintlərin və ya bərkidici qurğunun bu təlimatlara
uyğun olaraq quraşdırılmaması elektrik təhlükəsi ilə nəticələnə bilər.
148