Télécharger Imprimer la page

Loewe klang sub1 Guide De L'utilisateur page 166

Publicité

Loewe klang sub1
Vacib təhlükəsizlik təlimatları
1
Vacib təhlükəsizlik
təlimatları
Diqqət: Cihazınızdan təhlükəsiz istifadə
etmək üçün aşağıdakı təhlükəsizlik
təlimatı ilə diqqətlə tanış olmağınız
xahiş olunur.
Cihazdan istifadə zamanı təhlükəsizlik
və istismar göstərişləri ilə bağlı bütün
qaydalara riayət edin.
Təhlükəsizlik göstərişlərini və istismar
təlimatlarını atmayın.
Məhsulun üzərində olan xəbərdarlıqlara
və istismar təlimatlarına ciddi riayət
edin.
Simvolların açılışı
Avadanlıq ikiqat izolyasiyalıdır (II sinif).
Bu elektrik cihaz elə dizayn olunub
ki, elektrik torpaqlamaya (torpağa)
təhlükəsiz qoşulma tələb olunmur.
Bu simvol yüksək gərginliyin səbəb
olduğu riskləri göstərir.
Bu simvol istifadəçini digər, daha kon-
kret risklər barədə xəbərdar edir.
Bu simvol yanğınla bağlı təhlükələri
bildirir.
1.1
Quraşdırma
1.1.1 Yerləşdirmə
Cihazı sabit, düz səthdə yerləşdirin.
1.1.2 Kabellər
El e k t r i k k a b el i ni el ə y e r lə ş d ir i n
ki, zədələnməsin. Cərəyan kabeli
qatlanmamalı, iti künclərlə çəkilməməli,
tapdanmamalı və kimyəvi maddələrin
təsirinə məruz qalmamalıdır. Sonuncu
bütövlükdə sistemə də şamil olunur.
Zədəli izolyasiyaya malik Cərəyan ka-
beli cərəyan vurmasına və yanğın
təhlükəsinə səbəb ola bilər. Zədələndiyi
təqdirdə, cihazdan istifadə etməzdən
öncə izolyasiya dəyişdirilməlidir.
1.1.3 Cihazdan suyun yaxınlığında
istifadə etməyin
Cihazın su damcıları və sıçramasına
məruz qalmaması üçün onu heç
bir halda vanna, əlüzyuyan, mətbəx
çanağı, paltaryuyan maşın və hovuzun
yaxınlığında və ya rütubətli zirzəmidə
yerləşdirməyin. Televizorun üzərinə
içində maye olan əşyalar, məsələn gül-
dan qoymayın.
166
1.1.4 Havalandırma
Cihazın korpusundakı dəliklər və
boşluqlar lazımi istifadəni təmin etmək
və cihazı həddən artıq qızmadan qo-
rumaq üçün havalandırmanı təmin
etmək məqsədi daşıyır. Havalandırma
dəliklərinin qarşısını tutmayın. Cihazı
istehsalçının təlimatlarına uyğun
quraşdırın. Havalandırma dəliklərinin
qarşısını tutmamaq üçün cihazı yatağın,
divanın, xalçanın və ya oxşar yumşaq
əşyaların üzərinə qoymayın. Yalnız
müvafiq havalandırma təmin edildiyi
təqdirdə cihaz kitab rəfinə və ya şkafına
quraşdırıla bilər.
1.1.5 İstilik
Cihazı radiator, qızdırıcı ventilyator,
soba və ya qızışa bilən digər cihazlar (o
cümlədən, səsgücləndiricilər) kimi isti
səthlərin yaxınlığında quraşdırmayın.
Şam, və ya fənər kimi açıq alov
mənbələrini cihazın yanına qoymayın.
1.1.6 Aksesuarlar
Yalnız istehsalçının icazə verdiyi aksesu-
arlardan istifadə edin.
1.2
İstifadə
1.2.1 İstifadə təyinatı
Bu cihaz yalnız səs siqnallarının qəbulu
və səsləndirilməsi üçün nəzərdə tu-
tulub.
1.2.2 Həddindən artıq yükləmə
Alovlanma və ya elektrik cərəyanı
vurmasının baş verməməsi üçün elek-
trik yuvalarının, uzadıcı kabellərin və
ya çoxyuvalı uzadıcının həddən artıq
yüklənməsinə imkan verməyin.
1.2.3 Şimşək
Şimşək çaxarkən və ya uzun müddət
istifadə edilmədikdə cihaz elektrik
cərəyanından ayrılmalıdır.
1.2.4 Yad cisimlərin və mayenin
cihazın içinə düşməsi
Havalandırma dəlikləri vasitəsilə cihazın
içinə yad cisimlərin və ya mayenin
düşməsi yüksək gərginlik səbəbindən
yanğına və ya cərəyan vurmasına gətirib
çıxara bilər. Cihazın üzərinə mayenin
düşməsinə imkan verməyin.
1.2.5 Yüksək səs gurluğu ilə əlaqəli
risklər
Cihaz qulaqlıqlarla dinləmə üçün
nəzərdə tutulmayıb. Uzun müddət
gur səslə musiqi dinləmə eşitmə
qabiliyyətinin pozulmasına səbəb ola
bilər.
1.2.6 Enerji mənbəyindən ayrılma
Cihazı enerji mənbəyindən tam
ayırmaq üçün cərəyan kabelini elektrik
yuvasından ayırın.
Cihazı istənilən vaxt şəbəkədən ayıra
bilmək üçün cərəyan kabelinin ştepseli
daim əlçatan olmalıdır.
1.3
Texniki xidmət
1.3.1 Cihaza xidmət göstərilməsi
Bu cihaza texniki xidməti heç vaxt özü-
nüz həyata keçirməyin, çünki dəliklər
vasitəsilə və ya qapaqları çıxarmaqla
görünə bilən cərəyanötürücü hissələrlə
təmas təhlükəlidir. Bütün texniki xidmət
işlərini ixtisaslı işçi heyətinə həvalə edin.
1.3.2 Təmizləmə üçün yalnız quru
parçadan istifadə edin!
Təmizləmədən əvvəl cihazı elekt-
rik yuvasından ayırın. Maye təmizlik
vasitələrindən və ya təmizləyici
spreylərdən istifadə etməyin. Yalnız
nəm parçadan istifadə edin.
1.4
Təmir
1.4.1 Təmir tələb edən zədələr
Təmir ixtisaslı müştəri xidmətləri
tərəfindən həyata keçirilməlidir. Cihaz
zədələndikdə, içinə maye, yad cisimlər
düşdükdə, yağış və ya rütubətə məruz
qaldıqda, lazımi səviyyədə və ya tam
işləmədikdə təmir tələb olunur.
1.4.2 Cərəyan vurması, yanğın və s.
riskinin minimuma endirilməsi.
Vintləri, qapağı və ya korpusun
hissələrini çıxarmayın.
Aİ Uyğunluq Bəyannaməsi
Bununla, "Loewe Technology GmbH" şirkəti
bəyan edir ki, "Loewe klang sub1" tipli bu radio
avadanlığı Aİ-nin 2014/53 direktivinə uyğundur.
Aİ Uyğunluq Bəyannaməsinin tam mətni ilə
aşağıdakı ünvanda tanış ola bilərsiniz: https://
www.loewe.tv/int/support

Publicité

loading