Az İstifadə Qaydası - Hellberg 20912-001 Mode D'emploi

Masquer les pouces Voir aussi pour 20912-001:
Table des Matières

Publicité

Les langues disponibles
  • FR

Les langues disponibles

  • FRANÇAIS, page 10
İstifadə qaydası
AZ
Üz Dərisinin Təhlükəsiz şəkildə Qorunması Avropa Direktivi 89/686/EEC-yə uyğun olaraq
bir və ya bir neçə kateqoriyalarda EN 166, 170, 171, 172, 1731 ilə yoxlanılıb.
Təqdim olunan qorunma səviyyəsi qoruyucu maska və daşıyıcıda nişanla göstərilir.
Xəbərdarlıq
Üz dərisi ilə əlaqəyə girən material bəzi istifadəçilərdə allergik reaksiyalar yarada
bilər. İlməli qoruyucu maska tökmə metal, isti hissəciklər və ya elektrik qığılcımları
sıçrantılarından mühafizə etmir. Bundan başqa, qoruyucu maska yüksək sürətlə sıçrayan
hissəciklərə qarşı da lazımi mühafizəni təmin etmir, məsələn: təmizləyici mişarlar və ya
kəsici mexanizmlərlə işləyən zaman. Biz EN166 və ya digər yerli direktivə uyğun olan
əlavə göz qoruyucusundan (qoruyucu eynəklər) istifadə etməyi tövsiyə edirik. Müxtəlif
nişanları olan məhsulların kombinasiyası zamanı daha zəif təhlükəsizlik sinfinə aid olan
nişanlar tətbiq olunur.
Yüksək sürətli hissəciklərə məruz qaldıqda, təsirlər ötürülərək standart göz üçün nəzərdə
tutulan eynəklərin üzərindən qoruyucu maskanı taxan zaman onu taxan şəxs üçün təhlükə
yarada bilər.
Əgər F və ya B nişanlı təsirdən sonra dərhal T hərfi gəlməzsə, qoruyucu maskadan yalnız
otaq temperaturunda olan yüksək sürətli hissəciklərə qarşı istifadə oluna bilər.
Üzərində 9 simvolu olan qoruyucu maskalar (tökmə metal damcısı) 9 simvolu ilə birgə F və
ya B ilə işarələnən daşıyıcıya uyğunlaşdırılmalıdır.
Üzərində 8 simvolu olan qoruyucu maskalar (qısaqapanma elektrik qığılcımı)
2-1,2 və ya 3-1,2 nömrəli ölçü filtri ilə uyğunlaşdırılmalı və onların qalınlığı 1,4 mm
olmalıdır.
Texniki qulluq
Hər bir istifadədən sonra qoruyucu maska yuyulmalı və təmizlənməlidir. Qoruyucu
maskanın cızılmadığına əmin olmaq üçün ehtiyatlı olun. Yüngül sabun məhlulu və sudan
istifadə etmək daha yaxşı olar. Yumşaq parça ilə silin. Sərt parçalardan istifadə etməyin,
çünki onlar qoruyucu maskanı cıza bilər.
Qoruyucu maskaya mütəmadi texniki qulluq və onun təmizlənməsi onu taxan zaman
yüksək səviyyəli rahatlığa zəmanət verir. Təmizlədikdən sonra qoruyucu maskanı birbaşa
gün işığının təsirinə məruz qalmaması üçün quru və təmiz yerdə saxlayın.
Davamlılığı
Qoruyucu maskanın istismar müddətini əvvəlcədən proqnozlaşdırmaq çətindir. Çöldə
istifadə olunan zaman qoruyucu maskanın ən azı iki ildən bir dəyişdirilməsi tövsiyə olunur.
Çətin iş şəraitlərində işləyən zaman qoruyucu maskanın daha tez-tez dəyişdirilməsi
lazım ola bilər. Zədələnmiş, cızılmış və ya təsirə məruz qalmış qoruyucu maska dərhal
dəyişidirilməlidir.
35

Publicité

Table des Matières
loading

Table des Matières