Informaţia privind mersul lucrărilor de reparaţie este
accesibilă în "Sistema informaţională a reparaţiilor"
http:/service.panasonic.ru/RepairSystem
Azәrbaycan üçün zәmanәt şәrtlәri
Panasonic Corporation kompaniyası Azәrbaycan
Respublikasına göndәrdiyi bütün spectr mәhsullara 1 (bir)
illik idxal edilәn istehsalçı qarantiyası tәqdim edir.
Bu zәmanәt istehsalçı tәrәfindәn istehlakçıların
konstitusiya vә digәr hüquqlarına әlavә kimi verilir vә heç
bir halda onların hüquqlarını mәhdudlaşdırmır.
Zәmanәt aşağıda göstәrilәn şәrtlәrә riayәt olunduğu
halda, malın hissәlәrinin vә yaxud quraşdırılmasının
nasazlığı askara çıxarsa etibarlı sayılır.
1. Mal yalnız Azәrbaycan Respublikasının әrazisindә
alınmalıdır, tәhlükәsizlik tәlәblәrinә, texniki
standartlara vә tәlimatlara müvafiq olaraq istismar
olunmalıdır. Azәrbaycan Respublikasının әrazisindә
istismarı nәzәrdә tutulan rәsmi modellәrin siyahısı
http://service.panasonic.ru internet sәhifәsindә
yerlәşdirilib.
2. Malın nasazlığı növbәti hadisәlәr baş verdiyi halda
yaranarsa hәmin zәmanәt qüvvәsini itirәcәk: yanğın,
ildırım vә digәr tәbii hallar, mayenin malın içinә daxil
olması, mexaniki zәdә, yararsız istismar, o cümlәdәn
istismar qaydalarında göstrilәn elektrik enerjisinә zidd
olan enerjinin tәtbiq olunması, dağılma, sәhlәnkar
istifadә, malın içinә kәnar әşyaların vә hәşәratların
daxil olması, sertifikatı olmayan kәnar şәxslәr
tәrәfindәn tәmirin aparılması, texniki şәrtlәrin vә
tәhlükәsizlik tәlәblәrinin pozulmasıyla hәyata keçirilәn
quraşdırma, adaptasiya, modifikasiya vә istismar.
3. Zәmanәt müddәti әrzindә malın hissәsi vә yaxud
hissәlәri istehsalçı tәrәfindәn tәsdiq vә tәchiz
edilmәyәn, lazımi keyfiyyәti olmayan, mal üçün
yararsız digәr hissә vә yaxud hissәlәrlә әvәz edilәrsә,
istehlakçı zәmanәt üzrә bütün hüquqlarını itirir.
4. Bu zәmanәt program tәminatına, korpusa, lampalara,
batareyalara vә akkumulyatorlara, adapter iynәlәrinә,
antennalara, kabellәrә, qoruyucu ekranlara, zibil
qablarına, torlara vә bıçaqlara, filtrlәrә, şotkalara,
kartriclәrә, vә digәr qısa müddәtli istismar dövrünә
malik hissәlәrә şamil olunmur.
Quraşdırma vә qoşulma
Alınmış malın quraşdırma edilmәsi üçün vә texnikanın
normal istismarının tәmin olunması üçün Siz servis
mәrkәzlәrinin vә sәlahiyyәtli tәşkilatların mütәxәssislәrinin
pullu xidmәtlәrindәn istifadә edә bilәrsiniz.
Bu zәmanәt üzrә öhdәliklәr Azәrbaycan
Respublikasının әrazisindә yerlәşәn servis mәrkәzlәri
tәrәfindәn hәyata keçirilir. Servis Mәrkәzlәrinin
siyahısını Panasonic Mәlumat Mәrkәzindәn, aşağıdakı
nömrә vә yaxud internet sәhifәsi vasitәsilә әldә edә
bilәrsiniz 8-800-200-21-00/http://service.panasonic.ru
Aksessuarlar vә sәrfiyyat materialları haqqında mәlumat
http:/www.panasoniceplaza.ru
Tәmirin gedişatı haqqında mәlumatı "Tәmirlәrin Mәlumat
Sistemi" ndәn http:/service.panasonic.ru/RepairSystem
sәhifәsindәn әldә edә bilәrsiniz.
6